20.05.2019
Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin filialında I sinif şagirdlərinin “Not” bayramı keçirildi.
Məktəbin fortepiano, xanəndə, tar, qarmon, xoreoqrafiya, skripka və nağara siniflərinin hazırladıqları kompoziya təqdim olundu.
Şagirdlər, notlar, alterasiya işarələri, dinamiki işarələr haqqında şeirlər söylədilər.
Məktəbin xor kollektivi Elşən Nicatın “Məktəbimiz” və Strubenin “Musiqi həmişə səninlədi” mahnılarını ifa etdi.
Dahilərin musiqi barədə kəlamları səsləndi.
“Not” bayramının sonunda İncəsənət Məktəbinin rəhbərliyi adından təbriklər şagirdlərə təqdim olundu.