15.12.2017
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin iştirakı ilə dekabr ayının 15-də Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində Regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə nazirliyin struktur bölmələrinin rəhbərləri və regional mədəniyyət və turizm idarələrinin rəisləri iştirak etmişlər.