21.05.2019
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyinin 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzi, AzTv-nin Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində və “28 May – Respublika günü”nə həsr olunmuş “Azərbaycanım” Respublika Uşaq Rəsm Festivalı rəssamlıq istedadına malik olan uşaqların yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığının stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə alışdırmaq məqsədi daşıyan rəsm festivalı çərçivəsində təşkil olunan müsabiqədə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri diplomlara layiq görülmüşlər.