Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncə Dövlət Kukla Teatrının aktyoru Nağəddin Məmmədov vəfat edib

23.05.2019

Gəncə Dövlət Kukla Teatrına ağır itki üz verib. Teatrın aparıcı aktyoru, əməkdar artist Nağəddin Ağarza oğlu Məmmədov uzun sürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.

 Nağəddin Məmmədov Gəncə Dövlət Kukla Teatrı yarandığı bir gündən orada fəaliyyət göstərib. Bir çox beynəlxalq festivallarda iştirak edib. 2006-cı ildən əməkdar artist fəxri adına layiq görülüb. 

Allah rəhmət eləsin!