14.12.2017
Tamaşa bu ayın 25-dən yanvarın 10-dək teatrsevərlərə təqdim olunacaq.
Gəncə Dövlət Dram teatrı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Şarl Perronun “Çəkməli pişik” musiqili-nağıl tamaşasını hazırlayır.
GDDT-nın mətbuat xidmətindən verilən məlumata görə, musiqili-nağıl tamaşasının quruluşçu rejissoru Elşad Əhmədova, quruluşçu rəssamı Vahab Cəfərova, musiqi tərtibatı isə Tünzalə Mustafayevaya məxsusdur.
Tamaşada əsas rolları Rəşad Hüseynov (Kral), Könül Kazımova (Şahzadə), Ramin Hüseynov (Pyer), Elnur Abbasov (Leman), Elnur Məmmədov (Daniel), Murad Meyfəliyev (Çəkməli pişik), Şəbnur Allahverdili (Boz pişik), Sevinc Hüseynova (Ağ boyun), Rauf Hüseynov (Təpəğöz), Elvin Alnağıyev (1-ci keşikçi), Seymur Məmmədov (2-ci keşikçi) obrazlarını ifa edəcəklər.
Xatırladaq ki, saray əyanları, klounlar və karnaval iştirakçıları ilə birgə hazırlanan nağıl-tamaşa 23 dekabr 2017-ci il tarixində Gəncə Dövlət Dram teatrının Bədii şurasının baxışına təqdim olunduqdan sonra balaca teatrsevərlərin ixtiyarına veriləcək.