16.05.2019
Gəncə şəhər MKS-nin Uşaq şöbəsində 18 May – Beynəlxalq Muzeylər günü ilə əlaqədar olaraq “Tariximizi yaşadan məkanlar” başlığı altında virtual ekskursiya təşkil olundu. Tədbirdə 27 saylı məktəb-liseyin IV sinif şagirdləri iştirak etdilər. Şöbənin müdiri Ellada Rəhimova, Azərbaycanın 2-ci böyük qədim mədəniyyət mərkəzi sayılan Gəncənin, qədim tarixi abidələri haqqında ətraflı məlumat verdi. Yaşadığımız dövrə gəlib çatan bu abidələrin hazırda çox qiymətli nümunələr kimi qorunduğunu, Gəncənin bu gün xarici turistlərin maraq doğuran məkana çevrildiyini söylədi. Sonra şagirdlər Gəncənin tarixi abidələri Gəncə Tarix-Diyarşünaslıq Muzeyi, Nizami Gəncəvi Muzeyi, Mir Cəlal Paşayevin ev muzeyi, İsrafil Məmmədovun xatirə ev muzeyi, “Xan Bağı” mədəniyyət və istirahət parkı, Heydər Əliyev Mərkəzi, Cavad xan türbəsi, Comərd Qəssab türbəsi, Gəncə qala qapıları, “İmamzadə, Şah Abbas məscidi, Nizami məqbərəsi, Məhsəti Gəncəvi Mərkəzi və s. məkanlar virtual ekskursiya edilər. Tədbiri keçirilməsində məqsəd tarixi irsimizi, dəyərlərimizi gənc nəslə sevdirmək, şagirdlərin bu sahəyə aid biliklərini artırmaqdır.