Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboyda Ulu öndər Heydər Əliyevin 96-cı ildönümü qeyd olundu

10.05.2019

Goranboy rayon Heydər Əliyev Mərkəzində İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə şərəfli ömür yolu və zəngin həyat fəaliyyətinə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə Heydər Əliyev adına meydanda Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüldü. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi Gündüz Hacıyev Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında geniş məlumat verdi.