Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildöünümü ilə əlaqədar olaraq tədbir keçirildi.
Tədbiri giriş sözü ilə MKS-in direktoru Sadiqə Quliyeva açaraq,Ulu Öndərin həyat və siyasi fəaliyyətindən, atəşkəsin əldə olunmasından, dünyaya Azərbaycanın tanıdılmasından danışdı. Bu gün Azərbaycan dünya ölkələri arasında öz sözünü deyəcək bir qüdrətə malikdir.
Tədbirdə 9 saylı tam orta məktəbin şagirdlərinin ifasında Heydər Əliyevə aid şeirlər söylənildi, “Heydər Əliyev 96” başlığı altında kitab sərgisi təşkil edildi.