Kəlbəcər rayonu MKS-nin Bağırlı kənd kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildöünümü ilə əlaqədar olaraq Kəlbəcər rayon 2 saylı tam orta məktəbində kitab sərgisi təşkil etmişdir.
Filial müdiri Məhsəti Məmmədova məktəblilərə Ulu Öndərin həyat və siyasi fəaliyyəti haqqında məlumat vermişdir.
Sərgidə müəllimə Sevda Əmrahova çıxış edərək Heydər Əliyevin təhsilimizə göstərdiyi qayğıdan danışdı. Məktəblilər təşkil olunmuş sərgi ilə tanış oldular və şeirlər söylədilər.