Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

9 May – Qələbə günü

09.05.2019

Kəlbəcər rayon MKS-nin Alçalı kənd kitabxanasında Böyük Vətən müharibəsində qazanılmış 9 May – Qələbə günün 74-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Böyük Vətən müharibəsi iştrakçılarının övladları, MKS-in direktoru Sadiqə Quliyeva, metodist Gülnarə Mamedova, 12 saylı orta məktəbin tarix müəllimi Təranə Qasımova və məktəblilər iştirak edirdilər. Tədbirdə Böyük Vətən müharibəsində və Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə kitabxananın müdiri Qəndab Xanımalıyeva açaraq Böyük Vətən müharibəsi haqqında iştirakçılara məlumat verdi. Tarix müəllimi Təranə Qasımova Böyük Vətən müharibəsində Azərbaycan xalqının qəhrəmancasına döyüşlərindən danışdı. Əliyev Vahid Əsəd oğlu atasının ona danışdığı müharibə haqqında xatirələrini danışdı. Məktəblilərin iştirakı ilə şerlər söylənildi.