Naftalan şəhər Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin 96-cı ildönümünə həsr edilmiş ədəbi-bədii musiqili tədbir keçirildi.
Məktəbin müəllimi Fidan Məmmədli dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən danışdı.
Sonra məktəbin xor kollektivi, xalq çalğı alətləri ansamblı, vokal, rəqs qrupu, müxtəlif alətlərdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət fərdi ifa və çıxışlar təqdim etdilər.