08.05.2019
08.05.2019-cu il tarixdə MKS-nin 2 saylı filialı 18 nömrəli məktəbdə Şuşa şəhərinin işğalı gününə həsr olunmuş “Qarabağın döyünən qəlbi -Şuşa” adlı anım günü keçirdi. Tədbirdə Qarabağ müharibəsi veteranı Ehtiram Babayev,18 N:-li məktəbin müəllimləri və şagirdləri, 2 saylı filialın kollektivi iştirak edirdilər.Tədbir Qarabağ şikəstəsinin səsləndirilməsi ilə başlandı.Sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filialın müdiri Firuzə Yunusova Şuşa şəhərinin ermənilər tərəfindən işğalından danışdı.
Qarabağ veteranı Ehtiram Hüseynov keçdiyi döyüş yolundan danışdı. Şagirdlərə müharibəsiz həyat , aydın səma arzuladı. Müəllimlərdən Təranə Məmmədova, Gülnaz Məmmədova mövzu ətrafında çıxış edərək bildirdilər ki, şuşalılar inanırlar Qarabağ uğrunda mübarizədə yüzlərlə övladını qurban vermiş Şuşa gün gələcək, erməni işğalından azad ediləcək.
Tədbirdə şagirdlər vətənpərvərlik şeirləri söylədilər . Səhnəciklər göstərildi. “Qarabağın döyünən qəlbi-Şuşa” adlı sərgiyə baxıldı.