07.05.2019
Samux rayon Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ulu Öndərlə şəxsən görüşmüş və onunla bağlı böyük təəsüratları olan insanlarla görüş təşkil edildi.
Tədbiri açıq elan edən Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışında Ulu Öndərin Azərbaycan tarixində xidmətlərinin misilsizliyindən danışdı. Daha sonra söz Samux rayon İcra Hakimiyyəti Aparatı İctimai siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Mehman Əliyev Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, onun vətəni üçün etdiyi fədakarlıqdan çox geniş və əhatəli nitq söylədi.
Qonaqlardan Samux rayon Təhsil Şöbəsinin metodisti Rəna Əsgərova ulu öndərlə bağlı bir tarixçi kimi fikirlərini bölüşdü. Onunla şəxsən görüşən insanlardan biri olduğunu vurğuladı.