Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Faşizm üzərində möhtəışəm qələbə”

07.05.2019

Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyində “Faşizm üzərində möhtəışəm qələbə” adlı dəyirmi masa keçirildi. Tədbirdə Abidə mühafizəçiləri, Heydər Əliyev Mərkəzi, MKS, Rəsm Qalereyasının əməkdaşları iştirak etdi.

Müharibə qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Ulduz Bağırova açaraq qeyd etdi ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar, o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. O, bildirdi ki, Ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi rəhbərlik etdiyi dövrdə 1941-45ci illər Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğı artırılmış, onların sosial problemləri həll olunmuşdur. Hal-hazırda isə respublikamızın rəhbəri möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi veteranları daima diqqətdə saxlayır.