Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev türk dünyasının dahi şəxsiyyətidir

08.05.2019

Naftalan şəhər Heydər Əliyev Mərkəzinin və şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin muzey hissəsində Ulu öndər Heydər Əliyevin həyat və əmək fəaliyyətini əks etdirən eksponatlarla tanış oldular.

Tədbiri Heydər Əliyev Mərkəzinin direrktoru Elman Alıyev açdı. O, Heydər Əliyev “Türk dünyasının dahi şəxsiyyətidir” mövzusunda çıxış etdi.

Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəis əvəzi Elman Şərəfxanov Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə çıxış etdi.