Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Samux rayonunda 9 May – Qələbə gününə həsr olunmuş tədbir

07.05.2019

Samux rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində alman faşizmi üzərində qazanılmış tarixi 9 May – Qələbə gününün 74-cü ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi.

Tədbirdə Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin, dünyasını dəyişmiş veteranlarımızın, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Samux rayon İcra Hakimiyətinin başçısı cənab Alı Qocayev çıxışında bildirdi ki, Böyük Vətən müharibəsində alman fazişmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqı misilsiz xidmətlər göstərmişdir. Məhz Ulu öndər Heydər Əliyev 1993-cü ildə respublikamıza siyasi rəhbərliyə yenidən qayıtdıqdan sonra o zaman az qala unudulmaqda olan 9 may – Qələbə günü yenidən dövlət bayramları sırasına daxil edilmişdir və bu gün də Heydər Əliyev siyası kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Böyük Vətən müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər görülür.

Sonrakı çıxışlarda da qeyd olundu ki, son illər ölkəmizdə əhalinin, xüsusilə də, müharibə veteranlarının sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Tədbirdə Samux rayonu Sərkar kənd Uşaq Musiqi Məktəbinin vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edildi.