12.12.2017
Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Kəlbəcər rayon Mədəniyyət müəssisələrində keçirilmiş tədbirlər
Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Kəlbəcər rayon Mədəniyyət müəssisələrində Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği sahəsində tədbirlər keçirilmişdir.
Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü milli-mənəvi dəyərlərə qayıdış, elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyev Siyasi İrsinin öyrənilməsi və təbliği sahəsində Mədəniyyət müəssisələri tərəfindən “Kəlbəcər harayı” qəzetində Ümummilli Liderin fəaliyyətini əks etdirən yazılar dərc etdirilmişdir.
Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evində Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir” adlı fotostent hazırlanmışdır.
Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Heydər Əliyevin müstəqil Azərbaycanın inkaşafında, daxili və xarici siyasətində rolu” mövzusunda oxucu konfransı, "Tarixi şəxsiyyət" başlığı altında kitab sərgisi təşkil edilmişdir.
Kəlbəcər rayon Tarix-diyarşünaslıq muzeyində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgilər təşkil edilmişdir.
Kəlbəcər rayon Uşaq İncəsənət məktəbində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Ulu Öndərin fəaliyyətini əks etdirən guşə yaradılmışdır.
Kəlbəcər rayon mədəniyyət müəssisələrinin nümayəndələrinin iştrakı ilə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilmiş, abidənin önünə əkillər qoyulmuşdur.