08.05.2019
Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında 1941-45-ci illər Böyük Vətən müharibəsində qazanılmış 9 May – Qələbə günü münasibətilə “Tarixin ən böyük savaşı” başlıqlı dəyirmi masa keçirildi.
Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açdı. Müharibə iştirakçılarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sevda Əliyeva “Tarixin ən böyük savaşı” başlıqlı məruzə ilə çıxış etdi.
Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı Nəzakət Talıbova, Gənclər kitabxanasının kitabxanaçısı Kəmalə İsmayılova, Xidmət şöbəsinin baş kitabxanaçısı Durdanə Bayramova, 1 №-li Sənətkarlıq klubunun direktoru Nazilə Kazımova, biblioqraf Qəmər Cəfərova məruzə ərtafı çıxış edərək qeyd etdilər ki, XX əsrdə II-ci Dünya müharibəsi bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur.
Böyük Vətən müharibəsi illərində Azərbaycan xalqı həm ön cəbhədə, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlikdə nümunələri göstərmişdir.
Tədbir iştirakçıları müharibə illərinə həsr olunmuş video -çarxa baxdılar. Sonda tədbir iştirakçıları “9 may-Qələbə günü” başlıqlı sərgi ilə tanış oldular.