Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa bizi gözləyir

08.05.2019

Samux rayon Heydər Əliyev Mərkəzində Azərbaycanımızın ayrılmaz parçası olan Qarabağımızın dilbər guşələrindən olan, Şuşanın işğal günü ilə bağlı “Şuşa bizi gözləyir” adlı tədbir keçirildi. Məktəblilər öncə muzeyin ekspozisiya zalı və virtual xəritə ilə tanış oldular. Bələdçi tərəfindən uşaqları maraqlandıran suallara cavab verildi və məlumatlandırıldılar. Sonra tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Aygül Cabbarova Şuşanın işğalı ilə bağlı çıxış etdi. O çıxışında bildirdi ki, Azərbaycanın qədim mədəniyyət beşiyi olan Xurşidbanu Natavan, Üzeyir Hacıbəyov, Bülbül, Seyid Şuşinski və başqa korifeylər yetişdirən Şuşamız Qafqaza xüsusən də Azərbaycana Türkmənçay və Gülüstan müqavilələrindən sonra köçürülən köksüz, bağsız vandal ermənilər tərəfindən işğal etmişlər. Lakin günü-gündən güclənən ordumuz Şuşamızı yenidən işğalçılardan təmizləyəcəyinə əminik. Mövzu ətrafında Samux rayon Heydər Əliyev Mərkəzinin fond müdiri Raziyə Qasımova, həmçinin Gülay Namazova çıxışlarını davam etdirdilər. Daha sonra iştirakçılar Şuşamıza virtual səyahət etdilər. Onlar Şuşayla bağlı filmi izlədilər. Film bitdikdən sonra “Qarabağ bizimdir bizim olacaq” şüarları səsləndirildi.