Gəncə şəhər Uşaq İncəsənət Məktəbində ulu öndər Heydər Əliyevin ad gününə həsr olunmuş viktorina keçirildi.
Məktəbin musiqi nəzəriyyəsi və musiqi ədəbiyyatı fənləri üzrə şagirdlər arasında dörd komanda “Soprano”, “Alt”, “Tenor” və “Bariton” üzrə yarışırdı.
Şagirdlərə ulu öndər Heydər Əliyevin həyatından, siyasi fəaliyyətindən keçdikləri mövzulardan, bəstəkarların yazdıqları əsərlərdən suallar verildi.
Viktorinanın münsiflər heyyətinin qərarına əsasən “Bariton” komandası qalib elan olundu.
Məktəbin direktoru Ramail Atayev qalibləri təbrik etdi.
Məktəbin şagirdi Nəzrin Əsədova qitara musiqi alətində ifa etdiyi şən musiqilərlə viktorina iştirakçılarının alqışlarını qazandı.