Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Cəfər Cabbarlının – 120”

01.05.2019

Samux rayon Mədəniyyət Mərkəzində “Cəfər Cabbarlı-120” adlı tədbir keçirtdi.

Tədbirdə Mədəniyyət Mərkəzinin və MKS-nin kollektivi iştirak etdilər. Tədbirdə Cəfər Cabbarlının həyat və yaradıcılığından söhbət açıldı və geniş məruzələr oxundu. Mədəniyyət Mərkəzinin və Mərkəzi Kitabxana Sisteminin işçiləri tərəfindən Cəfər Cabbarlının şeirləri qiraətlə oxundu.

Cəfər Cabbarlı yaradıcılığa şeirlə başlasa da ən gözəl əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və teart xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində fəaliyyət göstərmişdir.