26.04.2019
26.04.2019 – cu il tarixdə MKS – nin 7 saylı kitabxana filialında 3 saylı musiqi məktəbinin şağirdlərinin iştirakı ilə görkəmli yazıçı dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyi ilə əlaqədar “ Saqqallı uşaq ” hekayəsi əsasında hekayə saatı keçirildi. Tədbiri aparan kitabxanaçı Könül Mirxudayeva Azərbaycan ədəbiyyatında əvəzsiz xidmətləri olan görkəmli ədibin həyat və yaradıcılığı haqqında məlumat verdi.Kitabxanaçı “ Saqqallı uşaq ” hekayəsinin qısa məzmununu danışdı və sonra hekayə uşaqların müzakirəsinə verildi və onlar hekayə ilə bağlı fikirlərini bölüşərək bildirdilər ki, saqqallı bir kişinin uşaq kimi divara cızma qara etməsi həqiqətən gülməlidir, bir insanın öz çörəyini qazana bilməsinə çətinlik yaradacaq qədər bisavad olması acınacaqlı haldır. Son olaraq kitabxanaçı bildirdi ki, hər bir uğurlu gələcəyin arxasında bax bu kitablar durur. Əgər biz istəyiriksə gələcəkdə Kəblə Əzim kimilər olmasın, hər zaman mütaliəmizi artırmalı, kitablarla sıx ünsiyyətdə olmalı və gələcəyimizi gözəl qurmalıyıq.