Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Uilyam Şekspirin 455 illiyi

26.04.2019

İntibah dövrünün dramaturgiyasından söz düşəndə dram sənəti zirvəsində qeyd-şərtsiz görkəmli ingilis dramaturqu Uilyam Şekspirin adı çəkilir. Bu günkü dünyamızda elə bir mədəni xalq tapılmaz ki, Şekspirin əsərləri və həyatı ilə tanış olmasın. Tanınmış ingilis şairi və dramaturqu Şekspirə ən böyük şöhrəti onun dramaturgiyası, xüsusilə də faciələri gətirmişdir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Heydər Əliyev Mərkəzində yerləşən 16 №-li kitabxana filialında 26 aprel 2019-cu il tarixdə tanınmış ingilis yazıçısı Uilyam Şekspirin 455 illiyi münasibətilə “Dünya ədəbiyyatının dahisi” mövzusunda biblioqrafik xülasə keçirildi. Lyudmila Axundova iştirakçılara Şekspirin “Romeo və Cülyetta” , “Otello”, “Hamlet”, “Maqbet”, “İki veronalı” və digər əsərlərinin xülasəsini təqdim etdi. İştirakçıların mövzu ilə bağlı verilən suallar cavablandırıldı. Tədbirdə Gəncə Dövlət Universitetinin tələbələri iştirak edirdi.