Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

, “Al sandığım açıldı,içindən nur saçıldı”

23.04.2019

Gəncə şəhər MKS-nin Uşaq şöbəsində , “Al sandığım açıldı,içindən nur saçıldı” başlığı altında keçirilən tapmaca saatının iştirakçıları, Gəncə şəhər 37№-li tam orta məkəbin V sinif şagirdləri və sinif rəhbəri İbrahimova Samirə müəllimə oldu. Tədbiri şöbənin müdiri Ellada Rəhimova tapmacaların hər hansı əşya və ya hadisəni bənzətmə yolu ilə göstərən yığcam məcazi ifadələrdən ibarət olduğunu bildirdi. Şagirdlər iki -“Cəsurlar” və “Mətinlər” komandasına bölündülər. Maraqlı keçən tədbirin qalibi “Mətinlər” komandası oldu. Qalib gələn komanda kitabxana tərəfindən hədiyyələrlə mükafatlandırıldı. Kitabxanadan şən əhval-ruhiyyə ilə ayrılan iştiirakçıların hər birinə “Göy qurşağı” jurnalı hədiyyə olundu.