Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Beynəlxalq oxu günü

23.04.2019

23.04. 2019 –cu ildə Gəncə şəhər MKS- nin 1 saylı kitabxana kollektivi, Gəncə şəhər 4 saylı orta məktəbin bir qrup müəllim və şagirdləri ilə birgə Beynəlxalq oxu günü münasibətilə geniş tədbir keçirdi. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında bu il yubileyləri qeyd olunan, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650, görkəmli Azərbaycan yazıçısı, Azərbaycan ədəbiyyatında "Molla Nəsrəddin" ədəbi məktəbinin və tənqidi realizmin banisi, "Molla Nəsrəddin" jurnalının naşiri və redaktoru Cəlil Məmmədquluzadənin anadan olmasının 150 , ХХ əsr Azərbaycan dramaturgiyasının korifеylərindən biri, istеdadlı söz sərrafı, milli ruhlu böyük sənətkar Cəfər Cabbarlının anadan olmasının 120 və Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş geniş kitab sərgisi təşkil edildi. Sərgidə görkəmli yazarların əsərləri, dram əsərləri, onların haqqında yazılmış kitablar nümayiş etdirildi. Məktəbin şagirdlərinin ifasında İ.Nəsiminin qəzəllərindən parçalar , C, Cabbarlının şeirləri səsləndi, Şagirdlər C.Məmmədquluzadənin “Anamın kitabı” və İ.Şıxlınının “Dəli Kür “ romanından kompozisiya təqdim etdilər