Goranboy rayon Heydər Əliyev Mərkəzində Tarix-Diyarşünaslıq Muzeyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-ci ildönümü qeyd edilib.
Tədbiri Mərkəzin direktoru Xəyyam Quliyev açaraq bildirib ki, Zərifə Əliyeva geniş bilik diapazonu, həssaslıq və nəcibliyi ilə həkimliyin, alimliyin, həm də pedaqoqluğun ali zirvəsinə yüksəlib. O, görkəmli alim çoxşaxəli elmi pedoqoji fəaliyyətində təkcə tədqiqat işləri aparmaqla kifayətlənməyib, gənc alimlərin hazırlanmasında, oftolmoloqların bilik və təcrübələrinin artırılmasında xüsusi rol oynayıb.
Çıxışlarda Zərifə Əliyeva eyni zamanda qayğıkeş ana, vəfalı ömür gün yoldaşı, xeyirxah insan kimi xarakterizə olunub. Belə bir fikir vurğulanıb ki, Zərifə xanım Əliyeva Azərbaycan xalqının qəlbində daima yaşayacaq. Çıxışlarda Zərifə Əliyevanı dəyərli elmi əsərləri ilə birgə ideal bir həkim, alim və insan kimi xatirələrdə əbədi yaşayacağı bildirilib.
Tədbirdə rayon Mədəniyyət Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Abidə mühafizəçiləri, rayon 1 saylı orta məktəbin müəllim kollektivi iştirak etmişdir.
Sonda Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarxa baxış keçirilmişdir.