Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının və elminin inkişafına böyük xidmətləri olan, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor, görkəmli ədib, pedaqoq Mir Cəlal Paşayevin doğum günü münasibəti ilə onun adını daşıyan muzeydə tədbir keçirildi.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyi, rəsmi qonaqlar və ziyalılar iştirak etdi.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov tədbir iştirakçılarını salamlayaraq Mir Cəlal Paşayevin şərəfli ömür yolundan, həyat və yaradıcılığından danışdı.
Gəncə Dövlət Dram Teatrın aktyorları, Azərbaycan Respublikasının xalq artisti Alim Məmmədov Mir Cəlal Paşayev obrazında tədbir iştirakçılarına öz ürək sözlərini dedi.
Gəncə Dövlət Kamera orkestrı maraqlı konsert proqramı təqdim etdi.
Tədbirdə Azərbaycan Milli Akakdemiyasının Hüquq kafedrasının müdiri, Hüquq elmləri üzrə müdafiə şurasının sədri, professor İbrahim Quliyev Mir Cəlal Paşayev şəxsiyyətindən, həyat və yaradıcılığından danışdı.
Mir Cəlal Paşayevin döğum gününə həsr olunmuş tədbirdə görkəmli ədibin Gəncəyə və gəncəlilərə olan isti münasibəti xüsusi vurğulandı.