Goranboy rayon Mərkəzi Kitabxananın Oxu zalında Azərbaycan Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi münasibətilə “Xalqına bağlı sənətkar” mövzusunda oxucu konfransı keçirildi.
Tədbirdə Mərkəzi Kitabxana, kitabxana filiallarının əməkdaşları və müxtəlif oxucu qrupu iştirak etdi.
Tədbiri Oxu zalının müdiri Sevda Əliyeva açdı. Xidmət şöbəsinin baş kitabxanaçısı Durdanə Bayramova Azərbaycan xalq yazıçısı İsmayıl Şıxlının həyat və yaradıcılığı haqqında məruzə etdi. Kənd kitabxana filialının əməkdaşları, Könül Əhmədova, Turanə Məmmədova, Qızxanım Məmmədova və başqaları məruzə ərtafı çıxışlar etdilər.
Sonda “İsmayıl Şıxlı-100” adlı sərgi ilə tanış oldular.