Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəfər Cabbarlı – 120” adlı dəyirmi masa

23.04.2019

Xocalı rayon Mərkəzləşdirilmiş Kitabxanasının oxu zalında Xocalı rayon mədəniyyət evi və Mərkəzləşdirilmiş Kitabxananın kollektivi ilə birgə böyük azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş dəyirmi masa təşkil olundu. İlk öncə rayon Mədəniyyət evinin bədii rəhbəri Təranə Qasımova Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında danışdı. O, böyük mütəfəkkirin Azərbaycan ədəbiyyatında, incəsənətində əvəzsiz xidmətlərindən, gördüyü böyük işlərdən söz açdı. Bildirdi ki, dahi yazar az yaşamasına baxmayaraq qısa ömründə böyük əsərlər yazmış, incəsənətimizdə əvəzsiz xidmətlər göstərmişdir. Sonra Mərkəzləşdirilmiş Kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Nəfiqə Əliyeva da çıxış edərək Cəfər Cabbarlının əsərlərinin kitabxana oxucuları tərəfindən çox sevildiyini, yazarın əsərlərinin hər dövr üçün aktual olduğunu bildirdi. Sonda Cəfər Cabbarlının "Solğun çiçəklər", "Sevil", "Almaz", "Aydın", "Oqtay Eloğlu" kimi əsərləri dəyirmi masa iştirakçıları tərəfindən geniş müzakirə olundu.