21.04.2019
ABŞ-ın Azərbaycandakı Səfirliyinin və Azərbaycan Gənclərinin Nailiyyəti - Junior Achievement Azerbaijan - JAA –nın təşkilatı dəstəyi ilə Gəncə şəhər Mərkəzi kitabxanasının nəzdində fəaliyyət göstərən
“ Amerika güşəsində” 19-21 aprel tarixlərində “ Maliyyə savadlılığı və sahiblarlıq” üzrə təlimlər uğurla başa çatmışdır. 3 gün davam edən təlimdə 27 nəfər 18-25 yaşlı gənclər iştirak etdilər. Təlim zamanı iştirakçılar maraqlı maliyyə proqramları ilə tanış oldular. Sonda təlim iştirakçılarına ABŞ –ın Azərbaycandakı Səfirliyi tərəfindən sertifikatlar verildi.