Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixi abidələr xalqımızın daş yaddaşıdır

16.04.2019

16.04.2019-cu il tarixdə MKS-nin 24№li kitabxana filialı 18 aprel Tarixi Abidələrin Mühafizəsi gününə aid 2№li Peşə liseyində “Tarixi abidələr xalqımızın daş yaddaşıdır” adlı mövzu gecəsi keçirdi. Kitabxana filialının müdiri Rahilə Qasımova Tarixi Abidələrin Mühafizəsi gününün yaradılmasının hansı zərurətdən irəli gəldiyi haqqında tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə iştirak edən litseyin müəllimləri, Azərbaycanda olan beynəlxalq abidələr və tarixi yerlərdən, düşmən tapdağı altında qalan beynəlxalq əhəmiyyətli tarixi abidələr,haqqında ətraflı məlumat verdilər, abidələrin qorunması və bərpasının əhəmiyyətindən danışdılar. Müəllimlər beynəlxalq abidələr və tarixi yerlərin mühafizəsi gününə aid ölkəmizdə bir çox qanunlar qəbul edildiyini söylədilər, qeyd etdilər ki, milli mədəni irsin qorunması üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədi ilə dövlət proqtamı qəbul edilmişdir.

Tədbirdə bir çox beynəlxalq əhəmiyyətli tarixi abidələr videoçarxla nümayiş etdirildi.