18.04.2019
Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq Muzeyində 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər günündə açıq qapı günü keçirildi.
Tədbirdə Xocalı rayon Kosalar kənd tam orta məktəbinin, Başkənd kənd tam orta məktəbinin, Yaloba kənd tam orta məktəbinin, Kəlbəcər rayon tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak etdilər.
Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov çıxış edərək erməni vandalları tərəfindən işğal altında olan ərazilərdə dağıdılan mədəniyyət abidələri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi, 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər gününün əhəmiyyətindən danışdı.