Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Goranboy rayon Mədəniyyət Mərkəzində Elmi - praktik konfrans

12.12.2017

Goranboy rayon Mədəniyyət  Mərkəzinin kollektivi  Goranboy rayon Heydər Əliyev  Mərkəzində Goranboy rayon Yeni Azərbaycan Partiyasının təşkilatı  və Gənclər və İdman İdarəsi ilə birgə Ümummilli  lider Heydər Əliyevin irsi təbliği  ilə bağlı elmi - praktik konfrans keçirtmişdir. Tədbir başlanmazdan əvvəl Ulu Öndər Heydər Əliyev bir dəqiqəlik sükutla yad edildi.  Tədbirdə Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə qoyduğu izlərdən, gördüyü işlərdən, ölkəmizdə və ölkəmizdən kənarda yeritdiyi siyasətdən danışıldı. Sonda isə tədbir iştirakçıları Heydər Əliyevin həyat və siyasi karyerasını əks etdirən foto stentləri  ekskursiya etdilər.