18.04.2019
Goranboy rayon Tarix-Diyarşünaslıq Muzeyi və Abidə mühafizəçilərinin birgə təşkilatçılığı ilə 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibət ilə, rayonun Qızılhacılı qəsəbəsində yerləşən məscid tarixi-memarlıq abidəsini ziyarət ediblər.
Abidə mühafizəçisi Dilbər Xəlilzadə ziyarətçilərə məscid haqqında və tarix və mədəniyyət abidələri haqqında məlumat verib.
Daha sonra əlamətdar günlə bağlı muzeydə “Azərbaycan abidələr və tarixi yerlər diyarıdır” adlı tədbir təşkil olunub. Muzeyin şöbə müdiri Həyat İsmayılova respublikamızda bu sahəyə olan diqqət və qayğıdan söz açıb