Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyi

17.04.2019

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, nasir, ədəbiyyatşünas, pedaqoq, xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Respublika Prezidentinin 28 yanvar 2019 – cu il tarixli sərəncamına əsasən 17.04.19 – cu il tarixdə MKS – nin 7 saylı kitabxana filialında xülasə keçirildi. Xülasəni böyük kitabxanaçı Könül Mirxudayeva aparırdı. O, əvvəlcə ədibin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi, sonra yazıçının 2 cilddən ibarət “ Seçilmiş əsərlərini ”, “ Namərd gülləsi ” , “ Dəli Kür ”, “ Mənim rəqibim ”, “ Məni itirməyin ” kitablarının xülasəsini etdi.