17.04.2019
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16№-li kitabxana filialı və Heydər Əliyev Mərkəzi ilə birlikdə, Beynəlxalq Abidələr günü ilə əlaqədar “Gəncə - abidələr və tarixi yerlər diyarıdır” mövzusunda söhbət keçirdi. Tədbirdə Mərkəzin qonaqları -Şəmkir şəhər Çaparlı və Samux rayon Çobanabdallı kənd orta məktəbinin 9-11-ci sinif şagirdləri iştirak etdilər. Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva şagirdləri Ulu Öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış etdi. Kitabxananın müdiri Lyudmila Axundova Beynəlxalq Abidələr günü haqqında və Gəncədə yerləşən tarixi abidələrdən danışdı.
Məktəbin müəllimələri və şagirdlər bu tədbirdən məmnun olduqlarını bildirdilər.