Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“İmadəddin Nəsiminin – 650” adlı rəsm sərgisi

16.04.2019

Goranboy Dövlət Rəsm Qalereyasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilmişdir.

Sərgidə rəssam Akif Hüseynovun Nəsimi poeziyasına həsr olunmuş "Nəsimini oxuyarkən" rəsm əsəri və İmadəddin Nəsiminin qrafika üslubunda çəkilmiş portreti, İncəsənət məktəbi rəssamlıq sinfi şagirdlərinin 10 ədəd rəsm əsərləri nümayiş olundu.

Sərginin tamaşaçıları bir sıra idarə təşkilat nümayəndələri və məktəblilər olmuşdur. Qalereyanın direktoru Çinarə Abdullazadə Nəsimi yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. İmadəddin Nəsimi 1369-cu ildə Şamaxı şəhərində dünyaya gəlmişdir. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdu. Nəsimi 1417-ci ildə Suriyada edam edilmişdir.