Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gözlərə nur bəxş edən alim”

15.04.2019

Goranboy rayon Heydər Əliyev Mərkəzində görkəmli aftolmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş "Gözlərə nur bəxş edən alim” mövzusunda konfrans keçirildi.

Konfransda Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana Sistemi, Mədəniyyət Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Rəsm qalereyası və Uşaq incəsənət məktəbinin əməkdaşları iştirak etdilər.

Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Xəyyam Quliyev açaraq Zərifə xanım haqqında geniş və dolğun məlumat verdi.

Sonra Heydər Əliyev Mərkəzinin ekskursiyaçısı Mətanət Hüseynova “Gözlərə nur bəxş edən alim” mövzusunda, Tarix-diyarşünaslıq muzeyinin fond mühafizi Ulduz Bağırova “Gələcək nəsillərə ən böyük əmanət” mövzusunda, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi Gülnar Nəcəfova “Kamil və müdrik ömür yolu” mövzusunda çıxış etdilər.

Sonda muzeydə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənildi.