Goranboy Dövlət Rəsm Qalereyasında görkəmli Azərbaycan yazıçısı, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri Qalereyanın direktoru Çinarə Abdullazadə açaraq, iştirakçıları salamladı. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Cəfər Cabbarlının həyat və yaradıcılığından danışdı.
Sonra tədbir iştirak edən mədəniyyət işçiləri, müəssisələrin nümayəndələri, xüsusən gənclər Azərbaycanın şair və yazıçılarının portretlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.