Naftalan şəhərindən olan, 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Vaqif Dilqəm oğlu Bayramovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi.
Naftalan şəhər 1 saylı tam orta məktəbin məzunu şəhid Vaqif Bayramovun məzarı ziyarət olundu, məzarın üzərinə təzə-tər gül-çiçək dəstələri düzüldü.
Naftalan şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə, şəhid Vaqif Bayramovun xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına təqdim olundu.