11.12.2017
Gəncə şəhər MKS-nin Səyyar şöbəsi, Nəriman Nərimanov adına orta məktəblə birgə “N” saylı hərbi hissədə Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirdi. Tədbirdə MKS-nin əməkdaşları, 25 saylı orta məktəbin müəllim, şagird kollektivi və hərbi hissənin zabit və əsgərləri iştirak etmişdir.
Hərbi hissədə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül qoymaqla, Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilib. Sonra tədbir “Ulu Öndər” adlı sərgiyə baxışla tədbirin bədii hissəsinə kecid verildi.
Təbiri giriş sözü ilə hərbi hissənin zabiti Rüstəm Məmmədov açaraq tədbir iştirakçılarını salamladı və Ümümmilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hərbi hissə psixoloqu,zabit, gənc Heydərçı Arif İsmayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açdı.
Anım mərasimində çıxış edən hərbi hissə əsgər klubunun rəisi Muşfiq Verdiyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışdı.
Tədbir 25 saylı orta məktəb şagirdlərinin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş şeirlərini söyləməklə davam etdi.
Sonda Ulu Öndərin zəngin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olundu.