Kəlbəcər rayon Mərkəzi Kitabxanada Şəhidlərin xatirəsinə həsr olunmuş”Şəhidlər ölməz,Vətən bölünməz”başlığı altında tədbir keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə MKS-in direktoru Sadiqə Quliyeva açaraq 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə haqqında danışdı.
Oxuculara xidmət şöbəsinin kitabxanaçısı Sevinc Mirzəyeva, Uşaq şöbəsinin kitabxanaçısı Aynurə Hüseynova bildirdilər ki, Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.
5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir
Aprel döyüşləri Azərbaycan xalqının tarixi qələbəsidir.Azərbaycan respublikasının müvafiq sərəncamı ilə düşmən tadağından azad olunan Cocuqmərcanlı kəndində yeni qəsəbə salınmış, kənd sakinləri öz ata-baba yurdlarına qayıtmışlar.
Bu gün üç rəngli bayrağımız Lələtəpə yüksəkliyində dalğalanır.Tədbirdə şəhidlərin xatirəsinə həsr olunan kitab sərgisi təşkil edilmişdir