Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Sən uca bir zirvəsən”

11.12.2017

11.12.2017 ci il tarixdə MKS-nin oxu zalında Ümumilli lider Heydər Əliyevin anım gününə həsr olnmuş “Sən uca bir zirvəsən” adlı anım günü keçirildi. Tədbirdə kitabxananın fəal oxucuları və GDU-nun tələbələri iştirak etdilər. Oxu Zalının müdiri Səidə Müseyibova tədbiri açdı və Ümumilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad olundu. MKS-nin direktoru Elmira Eliyeva çıxış edərək Ümumilli lider Heydər Əliyevin həyat yolundan Azərbaycan siyasətində silinməz mükəmməl dəsti - xəttindən, onun irsinin bu gün möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdı.Kitabxanamızın fəal oxucuları Heydər Əliyevin uğurlu gənclər siyasətindən və bu siyasətin davamçısı İlham Əliyev haqqında öz dərin minnətdarlıq hisslərini təzahür etdilər.

Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş kitab sərgisiylə tanış olub, həyat yoluna həsr olunmuş video çarxa baxdılar.