02.04.2019
Gəncə MKS-nin Uşaq şöbəsində 02.04.2019-cu il tarixində Aprel döyüşləri şəhidlərinin xatirəsinə həsr edilmiş”Aprel döyüşləri bizim şanlı qələbəmizdir” başlığı altında tədbir keçirildi. Tədbirdə 42№-li tam orta məktəbin bir qrup müəllim və VI sinif şagirdləri iştirak etdilər.Öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, eləcə də aprel döyüşlərində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edil.
Tədbirdə iştirak edən Gəncə şəhər 42№-li tam orta məktəbin tatix müəlliməsi Yolçuyeva Vüsalə aprel döyüşləri haqında geniş məlumat verdi və çıxışında Azərbaycan xalqının erməni işğalı ilə heç vaxt barışmıyacağını, Azərbaycan əsgərinin daim döyüşə hazır olaraq, torpaqlarını nəyin bahasına olur olsun azad edcəyini Aprel qələbəsində sübut etdiyini bildirdi.
Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, aprel döyüşlərində qəhrəmanlıq göstərmiş, yaralanmış, şəhid olmuş əsgər və zabitlərin fotolarından hazırlanmış "Aprel döyüşləri bizim şanli qələbəmizdir" adlı fotostendlə tanış oldular. Tədbirdə həmçinin aprel döyüşlərini əks etdirən sənədli filmdə təqdim olundu.