Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vətən sizinlə qürur duyur”

02.04.2019

Goranboy rayon Mərkəzi Kitabxananın işçiləri 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Qızılhacılı kənd sakini gizir Bəxtiyar Rəfail oğlu Hüseynovun məzarını ziyarət etdilər.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova tədbiri açdı, bütün Azərbaycan şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Xidmət şöbəsinin baş kitabxanaçısı Durdanə Bayramova şəhid Bəxtiyar Hüseynovun qəhrəmanlıq yolundan danışdı. Bəxtiyar təkcə Hüseynovların deyil, bütün Azərbaycanın qüruru, fəxridir.

Kitabxanaçı Rəxşəndə Xəlilova, biblioqraf Qəmər Cəfərova torpaqlarımızın bütövlüyü, ərazilərimizin toxunulmazlığı uğrunda canlarından keçən vətən övladlarının sonsuz ehtiram və məhəbbətə layiq olduqlarını qeyd etdilər.