02.04.2019
Kəlbəcər rayonun Mədəniyyət sarayında Kəlbəcər rayonun işğal olunmasının 26 illiyi ilə əlaqədar olaraq “Kəlbəcərsiz Kəlbəcər dünyası” başlığı altında ümumrayon tədbiri keçirildi.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı cənab Aqil Məmmədov, keçmiş döyüşçü Akif Kamalov, şəhid atası şair Ələkbər Sönməz, Kəlbəcərin işğal olunma səbəblərindən danışdılar.
Tədbirdə 9, 11, 12 saylı məktəbin şagirlərinin ifasında kompozisiya təqdim olundu. Sonda tədbir iştirakçıları Kəlbəcər yazarlarının kitablarında ibarət kitab sərgisi ilə tanış oldular.