Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dünyanı tanıdır kitablar bizə

01.04.2019

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsində 01.04.2019-cu il tarixində 2 Aprel Beynəlxalq Uşaq Kitabı gününə həsr olunmuş “Dünyanı tanıdır kitablar bizə” başlığı altında kitab sərgisi təşkil olundu.

Tədbiri giriş sözü ilə şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva açaraq iştirakçılara salamladı və bu günün mahiyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, 2 Aprel tarixi məşhur Danimarka yazıçısı H.X.Andersenin döğum günü ilə bağlıdır. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Leman təklif etmişdir. 1967-ci ildən başlayaraq uşaq kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü və qərarı ilə 2 aprel bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Sərgidə “Nağıllar aləminə səyahət” “Dünya ədəbiyyatından incilər” “Sirli,sehrli nağıllar” ,“Sizin sevimli yazıçılarınız” başlığı altında 100-ə yaxın müxtəlif mövzularda uşaq kitabları sərgiləndi. Məqsədimiz uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə həvəsləndirmək, vətənə sevgi, dostluq, düzgünlük kimi keyfiyyətləri aşılamaqdır. Tədbirdə kitabxananın oxucuları, 42 və 44 saylı məktəbin şagirdləri və valideynlər iştirak etdilər. Qeyd olundu ki, sərgi 2 gün davam edəcəkdir.