Məhərləmov Ramiz Sultan oğlu
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi
Baş mühasib
Məhərləmov Ramiz Sultan oğlu 27 sentyabr 1957-ci ildə Ermənistan Respublikası Artasat rayonunda anadan olub. 1965-ci ildə Gəncə şəhər 15 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 1975-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1975-ci il may ayından 1976-cı ilədək Gəncə şəhər Qaz İstismar idarəsində çilingər işləyib. 1976-cı ilin may ayından 1978-ci ilədək Sovet ordusu sıralarında xidmət edib. İyul 1978-ci ildən noyabr 1978-ci ilədək Qaz İstismar İdarəsində çilingər işləyib. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna hazırlıq kursunda dinləyici olub. 1979-cu ildən 1983-cü ilədək həmin institutun maddi mexaniki təchizatın iqtisadiyyatı və planlaşdırması fakultəsinin tələbəsi olub. İnstitutu bitirib təyinatla İsmayıllı rayon Orçovnikadze Sovxozunda baş iqtisadçı vəzifəsində çalışıb. Oktyabr 1983-cü ildən aprel 1984-cü ilədək İsmayıllı rayonu Bakı fəhləsi sovxozunda komsomol katibi seçilib. Avqust 1984-cü ildən iyul 1987-ci ilədək Gəncə şəhəri 2 N-li Şərab zavodunda iqtisadçı işləyib. İyul 1987-ci ildən sentyabr 1998-ci ilədək Gəncə Rabitə Qovşağı (1989-cu ildən Gəncə Telekomunikasiya İdarəsi) baş mühasib vəzifəsində işləyib. İyun 2000-ci ildən fevral 2016-cı ilədək Gəncə Maliyyə İdarəsi xəzinə əməliyyatlarının uçotu və hesabatı şöbəsinin rəis müavini vəzifəsində işləyib.
Fevral 2016-cı ildən yanvar 2017-ci ilədək Azərbaycan Texnologiya Universitetində maliyyə şöbəsinin müdiri vəzifəsində işləyib. 2017-ci ilin iyun ayından Gəncə Regional Mədəniyyət İdarəsinin müvəqqəti baş mühasib, sentyabr 2017-ci ildən isə hal-hazıradək 2-ci dərəcəli dövləq qulluqçusu, dövlət qulluğuna qəbul edilərək baş mühasib vəzifəsində işləyir.
Ailəlidir. 2 övladı var.