Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Həsənov Nürəddin Rəhim oğlu

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Həsənov Nurəddin Rəhim oğlu 1960-cı il 01 oktyabr Kəlbəcər rayonunda fəhlə ailəsində anadan olmuşdur. 1968-1978-ci illərdə Kəlbəcər rayon 2 saylı orta məktəbi bitirmişdir. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-1995-ci illərdə Aşıq Şəmşir adına Kəlbəcər rayon mədəniyyət evinə bədii rəhbər vəzifəsində işləmişəm. 1991-1996-cı illərdə İncəsənət Universitetinin Mədəni Maarif işi, fakultəsinin teatr kollektivinin rejissorluq ixtisası üzrə təhsil almışdır. 1985-ci ildə II Ümumittifaq Festivalı laureantı adına layiq görülmüşdür. Dəfələrlə rayon rəhbərliyi tərəfindən fəxri-fərmanla təltif olunmuşdur. 1995-2016-cı illərdə Kəlbəcər rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləmişdir. 2017-ci ildən hal-hazıradək Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi vəzifəsində işləyir. 1993-cü ildən qaşqın düşmüş, hal-hazırda Gəncə şəhərində qaçqınlar üçün tikilmiş Yeni qəsəbədə məskunlaşır. Ailəlidir. 4 övladı var.