Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər

28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

25.05.2026

25 may tarixində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi və Mir Cəlal Paşayev Ev-Muzeyinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhər ziyalıları, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik tariximizdə mühüm yer tutduğunu, müstəqil dövlətçilik ənənələrinin formalaşması və inkişafında əvəzsiz rol oynadığını bildirərək, milli istiqlal tariximizin əhəmiyyətindən bəhs ediblər.

Tədbirin bədii hissəsində Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri tərəfindən ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri və müxtəlif çıxışlar təqdim olunub. İştirakçılar tərəfindən maraqla qarşılanan proqram alqışlarla müşayiət edilib.

Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə müstəqillik tariximizin təbliği, vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması olub.